10:24 Cümə, 23 Avqust 2019
DÜNYA

Türkiyədə daha bir zəlzələ - 6 bal

17:38, 08.08.20192904
Türkiyədə daha bir zəlzələ - 6 bal

Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Bozkurt şəhərində yerin 7 kilomter dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub.

Qeyd edək ki, bu gün İzmir vilayətində də Rixter cədvəli ilə 4,8 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

XƏBƏR LENTİ