Xəbər verdiyimiz kimi, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin qərarı ilə ölkədə "Instagram”a giriş bloklanıb.
AZXEBER.COM xəbər verir ki, bloklanmaya səbəb məlum olub.
Məlumata görə, "instagram” sosial şəbəkəsi "HƏMAS” lideri Haniyenin ölümü ilə bağlı paylaşılan başsağlığı mesajlarını silib və həmin səhifələri bloklayıb.
Türkiyə də "instagram”ın bu addımına cavab olaraq, sosial şəbəkəyə girişi məhdudlaşdırıb.