Məşhur sosial media platforması İnstaqram avqustun 2-dən etibarən Türkiyədə bağlanıb.
AZXEBER.COM xəbər verir ki, hazırda şəbəkənin nə vaxt açılacağı maraq mövzusudur.
Məsələ ilə bağlı Nəqliyyat və İnfrastruktur Naziri Uraloğlu açıqlama verib. O lazımi tədbirlərin görüləcəyini vurğulayıb:
"Qanunlarımıza əməl etməyən tərəflər bizim həssaslığımızı anladıqda, biz lazımi tədbirləri görəcəyik. Bu giriş qadağasını aradan qaldıracağıq".