Türkiyədə izdihamlı dəvə döyüşü keçirildi

DÜNYA
10:21 21.01.2013
1750
Türkiyənin Səlcuq əyalətində ənənəvi Dəvə Güləşi Birinciliyini izləməyə 10 minlərlə insan gəlib. Digər heyvan döyüşdürmələrində meydanda 2 rəqib olurdusa, bu dəvə döyüşü fərqli formatda keçir.Belə ki, erkək dəvələrin daha aqresiv güləşməsini təmin etmək üçün, meydana 1 dişi dəvə buraxılır. Üstəlik yarışlar yalnız dəvələrin cütləşmə mövsümu olan qışda keçirilir. Dəvə güləşindən qalibin müəyyənləşməsi üçün, iki dəvədən biri döyüş meydanını tərk etməli və ya taqətdən düşərək yerə əyləşməlidir.Güləş zamanı yarış iştirakçılarının bir-birini dişləməməsi üçün bir qayda olaraq dəvələrin ağzı iplə bağlanır. Əsas mükafatı bahalı Türk xalçası olan bu ilki Birincilikdə 130 dəvənin iştirak edib. Qeyd edək ki, Türkiyənin qərbində keçirilən dəvə güləşinin birinciliyinin 100-ildən çox tarixi var.

OXŞAR XƏBƏRLƏR