Türkiyədə kütləvi zorlama hadisəsi baş verib

Türkiyədə kütləvi zorlama hadisəsi baş verib
09:27 28.03.2013
1810
Türkiyədə qaçırılaraq birçox şəxs tərəfindən zorlanan 20 yaşlı qız pəncərədən qışqıraraq yardım istəyib. Hadisə Şanlıurfa vilayətində baş verib. Məlumata görə, Qaziantep şəhərində evinə gedərkən avtomobilə mindirilərək Şanlıurfaya qaçırılan zərərçəkmiş aparıldığı evdə 2 gün 3 nəfər tərəfindən zorlanıb. Fürsət taparaq pəncərəyə yaxınlaşan G.İ. ordan qışqıraraq kömək istəyib. Şahidlərin xəbər verməsi ilə hadisə yerinə gələn polislər eyvandan evə daxil olublar. Polisə verdiyi ifadədə 2 gündür zorlandığını deyən G.İ. qaçıranların onu fahişəliyə məcbur etdiyini də qeyd edib.Zərərçəkmişin verdiyi ifadə ilə saxlanılan 3 şübhəli polis tərəfindən məhkəməyə göndərilib. Onların barəsində zorlamaq, cinsi istismar, xəsarət yetirmək və qaçırılmış şəxsin azadlığına məhdudiyyət qoymaq cinayətləri ilə məhkəmə iddiası qaldırılıb.
//anspress
OXŞAR XƏBƏRLƏR