“Türkiyədə məni aldatdılar, 300 min dollarımı aldılar” - VİDEO

“Türkiyədə məni aldatdılar, 300 min dollarımı aldılar” -  VİDEO
MAQAZİN
23:31 06.03.2016
5414

“Hollivud layihəm üçün artıq işə başlamışdıq geriyə yol yox idi. Yenə pul tapmaq məcburiyyətində qaldım . Hollivudda olanda sözgedən layihəni saxlamaq istəyirdim . Bir qismini ödəməliydim. Amma artıq nə qədər pul getmişdi. Fikirləşdim ki bu qədər pul itirmişəm, bu qədər də iş görmüşük”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsız” rubrikasının qonağı olan zaman söyləyib.

Müğənni bildirib ki, “Hollivud layihəsinə görə prezidentin ona verdiyi evi satıb:

“Türkiyədə məni aldatmışdılar, layihə üçün 300 min istəmişdilər. 250 min bankdan kredit götürdüm. Heç kimə heç nə deyə bilmirdim. Artıq geriyə yol yox idi. Hollivuddan qayıtdım. Bir qism ödəmələr qalırdı. Ölkə rəhbərliyi sənətimə qiymət verib mənə ev bağışlamışdı, hədiyyə etmişdi. Bilirsiniz ki, ölkə rəhbərliyi sənətçilərə qiymət verən zaman ev verir, qonararlarla mükafatlandırır. Bu xoşbəxtlik mənim payıma da düşmüşdü. O ev veriləndə o qədər sevinmişdim ki… Həmişə fikirləşirdim ki, mən həmin evə köçəcəm, qonaqlar qəbul edəcəm. O evi satdım. O pulu əllərimlə aparıb layihəyə verdim. Bir sözlə tələyə düşərək layihəni bitirdim. Bu illər ərzində nə qazanmışdımsa, nə əldə etmişdimsə bu layihəyə qoydum. Hətta indi yaşadığım ev də o layihənin qurbanıdır. Hələ də banka ödəniş edirəm”, - deyə xalq artisti əlavə edib.

Xalq artisti açıqlamasında ona qoyulan qadağalara da toxunub:

“Həyatımda qadağalar çox olub. Həm evimizdə, həm dövlət televiziyasında. Məsələn rejissorlar məni çəkirdi. Bir mahnı oxuyacaqdımsa, əvvlcədən hazırlaşırdım . Öncədən də hamıya zəng edib deyirdim ki, baxın bu gün axşam, yaxud günorta verlişdə olacam. Oturub gözləyirdim, baxırdım ki, konsert bitdi, amma mən yoxam. Mənə deyirdilər ki, əgər bu konsertdə çıxış etmək istəyirsənsə ,yupkanı 1 sm aşağı sal. Yəni, bu 1 sm o qədərmi rol oynayır? Mənə şərt qoyurdular ki, Respublika sarayında səhnəyə çıxırsansa səhnədən enib insanların arasına getmə. Amma mən səhnəyə çxanda başqa hisslər baş verirdi, bu hissləri başa salmaqdan bezmişdim. Ailə quranda da bu qadağalarla üzləşdim. Mənə dedilər ki oxumayacaqsan. Bağlı qapı arxasında qalmışam, amma yenə də mənə qadağa qoyan insandan qəlbimdə böyük sevgi ola-ola qaçmışam, sənətimə qovuşmuşam. Evdə oturanda xoşbəxt ola bilmirdim. Hər bir insanın öz alın yazısı var”.

Sənətçi televiziyalarda ona qoyulan qadağaların sifarişli olduğunu vurğulayıb:

“Mənə olan qadağalar sifarişli, kiminsə şəxsi qərəzliyi ilə olub. O zaman çox gücsüz idim. Mənim ağlıma belə gələ bilməzdi ki, kimsə məni efirə çıxmağıma qadağa qoymaq istəyər . İndi gözüyumulu bilirəm ki, bir qəzetdə mənim haqqımda bir yazı çıxdı, o saat bilirəm ki, bu flankəsin işidir. Montaj olunmuş şəklim yayıldısa, bilirəm ki, bu filankəsin işidir və bu müsahibəmdən sonra edilib. İnda hamı - bütün şou biznesdə olanlar mənim üçün açıq kitabdır. O qədər haqsızlıqlar olur ki, fikirləşirəm ki, bu səhnədən çıxım gedim. Hər şeyi demək olmur. Çox vaxt məni yanlış anlayıblar. Çünki səhnədəki Aygünlə həyatdakı Aygün fərqlidir. Amma həyatda mənə səhnədəki Aygün kimi qiymət verirlər. Çox vaxt mənə səhv don geydirilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO