18:52 Bazar Ertəsi, 22 Oktyabr 2018
DÜNYA

Türkiyədə şəhid olan hərbçilərin sayı 7-yə çatıb

12:21, 04.10.20184197
Türkiyədə şəhid olan hərbçilərin sayı 7-yə çatıb
Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda törədilən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 7-yə çatıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, terror aktında yaralanan 5 hərbçidən 3-ü yerləşdirildikləri hospitalda dünyasını dəyişib.

Yaralı 2 hərbçinin durumu ilə bağlı əlavə məlumat verilməyib.  

10:05

Türkiyə ordusu bu gün 4 şəhid verib.

Hərbi konvoyun Batman vilayətinin Hasankeyf kəndindən keçidi zamanı yola döşənilən mina partlayıb. Nəticədə 4 əsgər ölüb, 5 yaralı var.

Yaralılar dövlət xəstəxanasına çatdırılıb.
XƏBƏR LENTİ