Türkiyədə yaşayış binasında yanğın olub.
Hadisə Vanın Ərciş rayonunda qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.
Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
/report










































