Türkiyədə yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib

Türkiyədə yaşayış binasında yanğın zamanı 15 nəfər tüstüdən zəhərlənib
DÜNYA
23:47 25.12.2025
104
Türkiyədə yaşayış binasında yanğın olub.

Hadisə Vanın Ərciş rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Qeyd edilir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 15 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.
 
/report
OXŞAR XƏBƏRLƏR