Türkiyəli futbolçunu güllələdilər - ANBAAN VİDEO

Türkiyəli futbolçunu güllələdilər - ANBAAN VİDEO
İDMAN
15:36 08.02.2022
449
Türkiyənin "Çaykur Rizespor” klubunun futbolçusu Əziz Aksoy və ailəsi İstanbulda silahlı hücuma məruz qalıb.

Həmin anlar təhlükəsizlik kameralarına düşüb.

"Esenler Erokspor”da icarə əsasında forma geyən Əziz Aksoy və valideynləri yaralanıb. İddialara görə, onlara düşmənçilik zəminində hücum edilib.

Silah səsini eşidən və avtomobilin sürücü oturacağından düşən digər ailə üzvü və ətrafdakı vətəndaşlar yaralılara kömək ediblər, cinayətkar isə hadisə yerindən qaçıb.

Hücumdan dərhal sonra xəstəxanaya aparılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin tutulması üçün işlərə başlayıb.
 


OXŞAR XƏBƏRLƏR