Türkiyəli gənc yetişdirdiyi alçanın kilosunu 190 manata satır

Türkiyəli gənc yetişdirdiyi alçanın kilosunu 190 manata satır
MARAQLI
14:00 28.02.2024
267
Türkiyənin Bursa şəhərinin İznik rayonunda 25 yaşlı kənd təsərrüfatı mühəndisi Mustafa Kutay Asının yetişdiridiyi alçanın qiyməti eşidənləri heyrətə gətirib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərəb şeyxləri kilosu 190 manata satılan alçaya böyük maraq göstərir. 

Ailə üzvlərinin hamısı kənd təsərrüfatı mühəndisləri olan Ası ailəsi qış mövsümündə alça yetişdirir. 

Fevral ayının əvvəlində alça yığımına başlayan 25 yaşlı kənd təsərrüfatı mühəndisi Mustafa erkən alça yığımı ilə satışlarını davam etdirir. 

Birləşmiş Ərəb şeyxləri kilolarla yaşıl alça sifariş edir və gənc istehsalçı internet vasitəsilə yetişdirdiyi məhsulu bütün dünyaya göndərir. 
 

Oksana
 


 


 


OXŞAR XƏBƏRLƏR