Türkiyəli məşhur müğənni ilk dəfə Bakıya gəlir - FOTOLAR

MAQAZİN
09:36 30.09.2012
2337
Səfərin gecə saatlarında baş tutması təmtəraqlı məclisi təxirə saldı.
AZXEBER.COM-un məlumatına görə, sentyabrınn 29-dan 30-na keçən gecə Türkiyənin tanınmış müğənnisi Zerrin Özer ilk dəfə Azərbaycana qonaq gələcək. Bir neçə gün bundan əvvəl xəbər vermişdik ki, Zerrin xanım məhz estrada müğənnisi Samir Piriyevin şəxsi qonağı kimi vətənimizə təşrif buyuracaq.Əslində pop-diva günorta saatlarında paytaxtamızda olmalı idi, sadəcə, İstanbulda bəzi işləri səbəbindən bu istəyini gecəyarısı gerçəkləşdirir.Bundan xəbər tutan Piriyev Z.Özerin şərəfinə təşkil etmək istədiyi banketi təşkil etməyi təxirə salmaq məcburiyyətində qalıb. Onu da öyrəndik ki, Samir sabah günorta saatlarında Zerrin Özeri cənub bölgələrimizlə tanış etmək üçün yola çıxacaq.

OXŞAR XƏBƏRLƏR