Model Simurq Sarsılmaz muxtarlığa namizədliyindən geri çəkilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakırın Bağlar mahalı Kaynartepe məhəllə muxtarlığına namizəd olan model Simurq Sarsılmaz sosial mediada ölüm təhdidləri səbəbilə namizədliyini geri götürdüyünü açıqlayıb.
Psixologiyasının çox pis olduğunu və dərmanla yaşaya biləcəyini deyən Sarsılmaz, barəsində olan təhdidlərlə bağlı Baş Prokurorluğa gedəcəyini və cinayət işi açacağını bildirib.
Qeyd edək ki, modelin 31 mart yerli seçkilər öncəsi Diyarbakır Bağlar mahalı Kaynartepe məhəllə muhtarlığına namizəd olduğunu açıqlaması ictimaiyyətdə geniş əks-səda doğurub.
Gülay