Hazırda nişanlısı və eyni zamanda yaxın rəfiqəsi, vizajist Nigar İbrahimova ilə birlikdə qış tətilinin dadını çıxaran müğənni Rəqsanəyə türkiyəli musiqiçilər sürpriz edib. Onun gəlişini gözləmədən yarımçıq mahnılarının studiya həllini bitiriblər. AZXEBER.COM-un məlumatına görə, albom uçun nəzərdə tutulan mahnılar Rəqsanənin öz bəstəsidir. Onun çalışdığı musiqiçilər Türkiyənin məhşurları ilə çalışan komandadır. Musiqiçilərin bir neçəsinin studiya işini tamamlayandan sonra orkestr şefi ondan kiçik parçanı video şəklində Rəqsanəyə göndərib. “Bunu Yeni ilin daha bir əvəzolunmaz hədiyyəsi kimi qəbul etdim. Komanda həm çalışqan, həm peşəkardır. Musiqilərin bir neçəsinin mənsiz yazıldığını eşidəndə, keyfiyyətə qulaq asıb, sevindim. Tətili başa vuran kimi Moskvaya gedib, sonra Türkiyəyə yollanacam ki, studiya işlərini tamamlayaq. Qarşıdakı daha bir neçə sənət işimi türklərə həvalə etmişəm” deyə, müğənni fikirlərini bölüşüb.Ozal İbrahimli