Türkiyəli nazir TANAP layihəsi üçün görülən işlərdən danışıb

İQTİSADİYYAT
10:00 01.03.2014
1255

TransAnadolu boru kəməri (TANAP) layihəsində vacib dəyişiklik olmazsa, kəmər Türkiyənin 21 rayonundan keçəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.Onun sözlərinə görə, həmin rayonlar Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxana, Giresun, Sivas, Yozgat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ, Ədirnə və Kırklarelidir.O bildirib ki, təbii qaza daha çox tələbat olan Əskişəhər və Trakya bölgələrində boru kəmərinin çıxışı olacaq.Nazir TANAP layihəsi üçün həm milliləşdirmə, həm də boru tədarük işlərinin sürətləndirildiyini qeyd edib.T.Yıldızın sözlərinə görə, artıq istifadə olunacaq borular üçün 18 şirkət ilə razılıq əldə olunub ki, bunlardan 6-sı yerli şirkətdir.“Təxminən 1800 km-lik kəmərdə təxminən 2 milyon tona yaxın boru istifadə olunacaq”, - deyə, nazir əlavə edib.

OXŞAR XƏBƏRLƏR