Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu AKINCI PUA-nın İran Prezidenti İbrahim Rəisinin axtarış-xilasetmə işləri ilə bağlı apardığı mübarizədən danışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İran prezidentinin ölüm xəbərinin gəldiyi vertolyot qəzasında AKINCI PUA-nın axtarış-xilasetmə işləri haqqında məlumat verən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib:
"İlk etapda helikopterin olub-olmadığını təqib etdik. Biz İran tərəfi ilə əlaqə saxladıq. Aldığımız son xəbər vertolyotda olanların hamısının AKINCI PUA tərəfindən aşkarlanması ilə həlak olması idi. Bu qəzalar kədərli qəzalardır. Hava şəraitini nəzərə alaraq hava təhlükəsizliyinin və ya naviqasiya vasitələrinin təhlükəsizliyinin nə qədər vacib olduğu barədə nəticə çıxara bilərik”.
Vertolyot qəzasının sui-qəsd ola biləcəyi ilə bağlı iddialara gəlincə, nazir deyib:
"Hazırda bir şey söyləmək tezdir. Aldığımız məlumatda havanın dumanlı olması və qəza baş verdiyi bildirilir”.
Ayşən