Türkiyənin Diyarbəkir vilayətində polisə atəş açılıb, dörd nəfər saxlanılıb

Türkiyənin Diyarbəkir vilayətində polisə atəş açılıb, dörd nəfər saxlanılıb
DÜNYA
23:57 19.12.2025
123
Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda xidmət göstərən polis əməkdaşlarına silahla atəş açan 4 nəfər saxlanılıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Sözügedən rayonunun Şehitlik məhəlləsində şübhəli şəxslər polis əməkdaşlarına atəş açıb. Hadisə zamanı yaralanan olmayıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib və əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Şübhəlilərdən birinin həbs cəzası olsa da, indiyədək cəzadan yayındığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR