Türkiyənin seks simvolu: 'Azərbaycanlı kişiyə ərə gedəcəm'

MAQAZİN
13:07 24.04.2013
9721

Sabah İstanbula qayıdacaq türkiyəli seks simvol, müğənni Ebru Polat çox qısa zamanda yolunu yenə buralardan salacaq. Əməkdaşımıza verdiyi eksklüziv açıqlamasında Ebru, bu istəyini belə şərh etdi: “Çox istedadlı bəstəkar-müğənni Nurlan Təhməzli ilə tanış oldum. Və belə razılığa gəldik ki, o, mənim üçün bir neçə mahnılar yazsın. Sırf ona görə bir daha Azərbaycana qayıdacağam. Jurnalistlər israrla ailə həyatı qurmamağımla maraqlanırlar. Onlara içimdən gələn cavabım odur ki, həqiqətən, azərbaycanlı kişiyə ərə getmək istəyirəm. Amma bu, Nurlan olmayacaq, bizi bir-birimizə işimiz bağlayacaq”. Qeyd edək ki, Ebru Polad aprelin 25-də vətəninə qayıdacaq.//milli.az

OXŞAR XƏBƏRLƏR