23:56 çərşənbə Axşamı, 13 Noyabr 2018
SAĞLAMLIQ

Türkiyənin tanınmış həkimləri Azərbaycan xalqını belə təbrik etdilər – VİDEO

12:20, 28.05.20186240
Türkiyənin tanınmış həkimləri Azərbaycan xalqını belə təbrik etdilər – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı qardaş ölkənin dünyaca məşhur həkimləri video-müraciət hazırlayıblar.

 

Video-müraciətdə Doç.Dr Sami Sökücü, Prof.Dr Tuğçin Bora, Prof.Dr Tülkel Kılıç, Prof.Dr Ozan Özkaya, Prof.Dr Semih Ayan, Prof.Dr Önder Ofluoğlu, Prof.Dr Ayhan Dinçkan, Pr.Dr Berrin Pehlivan, Prof.Dr Barbaros Kınoğlu, Prof.Dr Deniz Konya, Prof.Dr.Tunç Fışgın, Doç.Dr. Aynur Erşahin Azərbaycan xalqını bu böyük bayram münasibəti ilə təbrik ediblər.

 

Layihənin təşkilatçısı, səhiyyə turizmi şirkəti "Healthis Assistance” rəhbəri, Azərbaycanda səhiyyə turizmi sahəsində tanınmış ekspert Sənan Quliyev Azərbaycan haqqında tarixi məlumatların Türkiyə cəmiyyətinə tanıdılması üçün bir çox işlərin görülməsinə ehtiyyac olduğunu deyib:


"Harada yaşamağımızdan asılı olmayaraq hər zaman ürəyimiz Azərbaycanla döyünür, bütün gördüyümüz işlərin mərkəzində Azərbaycanın adı durur. Bu layihə ilə biz Azərbaycanın şanlı tarixini təkcə Türkiyədə deyil, dünyada da tanınan professor-həkim heyətinin dili ilə səsləndirdik”.


S.Quliyev bu layihə ilə yanaşı cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı Türkiyənin bir çox mətbu nəşrlərində cümhuriyyət tarixin' aid məqalələr və silsilə yazılarla çıxış etdiklərini bildirib:


"Bir daha qeyd etmək istəyirəm ki, bu işləri görülməsində yeganə məqsədimiz Azərbaycanın şanlı tarixini Türkiyə cəmiyyətinə daha dərindən anlatmaq və qardaş ölkə ictimaiyyətini bilgiləndirməkdir”.

 


XƏBƏR LENTİ