Ucarda EV YANDI

Ucarda EV YANDI
SOSİAL
13:51 31.08.2025
523
Ucarda fərdi yaşayış evi yanıb.

AZXEBER.COM-un xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Əlizadə Əjdər oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və yarımtikilidən ibarət evdə güclü yanğın baş verib.

Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.
Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR