Ucarda iki nəfər dəm qazından zəhərlənib

Ucarda iki nəfər dəm qazından zəhərlənib
SOSİAL
21:50 31.01.2026
803
Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
OXŞAR XƏBƏRLƏR