Ucar rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZXEBER.COM-un məlumata görə, hadisə martın 7-si gecə saatlarında Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.Belə ki, 1991-ci il təvəllüdlü Hüseynov Rəcəb Elxan oğlunun idarə etdiyi “Mercedes” markalı maşınla “KamAZ” markalı maşın toqquşub.Nəticədə “Mercedes”in sürücüsü və sərnişinləri - 1988-ci il təvəllüdlü Mirzəyev Ağamirzə Nüsrət oğlu, 1992-ci il təvəllüdlü Hüseynov İnşallah Musa və 1988-ci il təvəllüdlü İsrailov Elvin Əhməd oğlu ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.Xəstəxanadan verilən məlumata görə, R. Hüseynov, A. Mirzəyev və İ. Hüseynov vəziyyətləri ağır olduğundan Bakıya göndəriliblər.