17:28 Bazar Ertəsi, 24 Iyun 2019
İDMAN

UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

22:36, 23.05.20196688
UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!
UEFA "Arsenal" futbol klubuna xəbərdarlıq edib:

"Əgər klubun azarkeşləri Bakıda  keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq".
 
AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, bu barədə Mirror məlumat yayıb.

UEFA "Arsenal"ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça  biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

Xəbər verdiyimiz kimi,"Arsenal" komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Bununla əlaqədar, "Arsenal" futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə oyunun 7-ci və 77 ci dəqiqələrində flaşmob keçirməyi təklif edib.
XƏBƏR LENTİ