UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım etdi

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım etdi
İDMAN
13:12 25.12.2021
297
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.
 
Postda "Qarabağ" üçün oynayan sevdiyiniz futbolçu kimdir" sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Bundan əlavə, şərhlərdə komandanın sabiq oyunçularının adları da yazılıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olub. "Köhlən atlar" ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
OXŞAR XƏBƏRLƏR