UEFA prezidenti Braziliyaya xəbərdarlıq etdi

İDMAN
09:27 13.09.2012
1359

UEFA prezidenti Mişel Platini 2014-cü ildə keçiriləcək dünya çempionatının ev sahibi olan Braziliyaya xəbərdarlıq edib.

Qol.Az-ın məlumatına görə, Platini mundiala hazırlıqların daha sürətlə aparılması və buna hökümətin də dəstək verməli olduğunu bildirib:

"Braziliyada dünya çempionatına hazırlıq daha sürətlə aparılmalıdır və hökümət də buna dəstək verməlidir. Stadionlar vaxtında təhvil verilməli, bilet satış mərkəzləri təşkil olunmalı və təhlükəsizlik sistemi də yüksək səviyyədə olmalıdır.

Fransada 1998-ci ildə keçirilən dünya çempionatı zamanı da hazırlıqla bağlı müəyyən çətinlik yaranmışdı. Lakin Fransa höküməti onların öhdəsindən gəlmişdi. İnanıram ki, Braziliyada da bütün işlər vaxtında tamamlanacaq".

OXŞAR XƏBƏRLƏR