UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi
İDMAN
22:25 18.12.2020
1035
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

AZXEBER.COM-un qurumun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionuna texniki məğlubiyyət verilib.

Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.
OXŞAR XƏBƏRLƏR