01:55 Bazar Günü, 18 Noyabr 2018
İDMAN

UEFA "Qarabağ"dan yazdı - "Artıq itiriləsi heç nə yoxdur"

11:51, 02.11.20183714
UEFA
UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansını dəyərləndirib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytında Ağdam təmsilçisinin pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbəti turda mütləq Ukraynanın "Vorskla" klubuna qalib gəlməli olduğu vurğulanıb:

"Vorskla" axır ki, 9-cu cəhdindən sonra Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qoşulmağa imkan verir. "Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub. Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu. Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyətlə qrupdan çıxmaq şansını itirəcək".

Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə  noyabrın 8-də səfərdə qarşılaşacaq.

XƏBƏR LENTİ