UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA “Qarabağ”ın rəqibini cərimələdi
İDMAN
15:30 29.01.2022
244
UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransa "Marsel"ini cərimələyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat paylaşıb.

Marsel şəhərinin eyniadlı təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Lokomotiv" klubuna (1:0) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundakı hərəkəti səbəb olub.

Belə ki, klub fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən 17 500 avro məbləğində cərimə edilib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" klubu ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

OXŞAR XƏBƏRLƏR