UEFA "Qarabağ"la oyuna görə "Napoli"ni cərimələdi

UEFA "Qarabağ"la oyuna görə "Napoli"ni cərimələdi
İDMAN
23:09 24.12.2025
192
UEFA İtaliyanın "Napoli" klubunu cərimələyib.
 
AZXEBER.COM xəbər verir ki, Neapol təmsilçisi Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Qarabağ"la matçında baş verənlərə görə ziyana düşüb.

Qurum İtaliya çempionunu ictimai keçidlərin bağlanmasına görə 12 min avro, azarkeşlərin pirotexniki vasitələrdən etməsi səbəbindən isə 5250 avro cərimə edib.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR