UEFA İngiltərənin "Tottenhem" klubuna texniki məğlubiyyət verib.
Buna London təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin VI turunda Fransa "Renn"i ilə görüşə çıxmamasıdır.
Dekabrın 9-da keçirilməli olan qarşılaşma "Tottenhem"də koronavirusa kütləvi yoluxma üzündən baş tutmayıb.
Qeyd edək ki, bu nəticədən sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. İkinci yer 10 xala malik Niderland "Vitess"inə qismət olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 7 xala malik "Tottenhem" və 3 xalı olan Sloveniya "Mura"sı isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.