Uels millisinin baş məşqçisi: “Tribunadakı səslər möhtəşəm idi”

Uels millisinin baş məşqçisi: “Tribunadakı səslər möhtəşəm idi”
İDMAN
20:16 12.06.2021
474
"Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq".

AZXEBER.COM apasport.az-a istinadən bildirir ki, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib - 1:1.

Matçdan sonra təşkil olunan mətbuat konfransında Peyc azsaylı azarkeşlərin onları çox gözəl dəstəklədiklərini söyləyib: "İstədiyimiz qədər azarkeş yox idi. Amma himn oxunanda Uels azarkeşlərini eşidirdim. Qol vurduğumuz anda tribunadakı səslər möhtəşəm idi. Uelsli azarkeşlərin burada daha çox olmasını istərdik".

OXŞAR XƏBƏRLƏR