Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu

Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu
İDMAN
23:54 15.06.2019
12955
Ukrayna yığması ilk dəfə gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, 20 yaşadək futbolçuların yarışının həlledici oyununda ukraynalılar Cənubi Koreya millisini 3:1 hesabı ilə məğlub ediblər.

Final oyunu Polşanın Lodz şəhərində keçirilib.

Ukrayna millisində Vladislav Supryaqa dubla imza atıb və Georgi Tsitaişvili fərqlənib. Koreyalıların qolunu isə Li Kan İn vurub.

Qeyd edək ki, Ukrayna yığması turnirdə keçirdiyi oyunlarda məğlub olmayıb.
OXŞAR XƏBƏRLƏR