"Ukrayna ilə sərhəddə yerləşən Belarus qoşunları təhlükə yaratmır. Lakin Belarus diversantlar hazırlaya bilər”.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
"Bu halda yalnız bir təhlükə var: şimal rayonlarımızda təxribat və kəşfiyyat qrupları fəaliyyət göstərə bilər. Ukrayna hərbçiləri mümkün hücuma hazır olmaq üçün Belarus ərazisindəki hərəkətləri izləyir. Düşmən hücum qruplarının yaradılması hələ müəyyən edilməyib”, - o vurğulayıb.
V.Skibitskinin sözlərinə görə, Rusiya hərbi texnikasının, xüsusən də aviasiyasının bir hissəsi Belarus aerodromlarında qalır: "Buna görə də Ukrayna ərazisinə zərbə endirilməsi təhlükəsi var”.