Ukrayna millinin sabiq kapitanını bütün titullardan məhrum etdi

Ukrayna millinin sabiq kapitanını bütün titullardan məhrum etdi
İDMAN
20:18 11.03.2022
417
Ukrayna Futbol Assosiasiyasının Nəzarət və İntizam Komitəsi veteran futbolçu Anatoli Timoşukla bağlı Etika və Ədalətli Oyun Komitəsinin müraciətinə baxaraq sərt qərarlar çıxarıb.

Hazırda Rusiyanın "Zenit” klubunun məşqçisi işləyən ukraynalı mütəxəssis Pro məşqçilik lisenziyasından məhrum edilib.

Onun bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət edilməsi qərara alınıb.

Timoşuk Ukrayna çempionatının, Ukrayna kubokunun, Ukrayna Superkubokunun qalibi və gümüş mükafatçısı olduğu bütün titullardan məhrum edilib.

Bundan başqa, onun adı milli komandaların rəsmi reyestrindən çıxarılıb (144 oyuna 4 qol vurub – red.) və ona ömürlük Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olmaq qadağan olunub.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan Ukrayna yığmasının sabiq kapitanı olmuş Anatoli Timoşuk bu barədə nəinki ictimaiyyətə açıqlama verməyib, hətta işğalçının klubu ilə əməkdaşlığını dayandırmayıb. Ukraynanın digər keçmiş klubu "Bayern” (Münxen) Ukraynaya dəstək bəyanatları dərc etdiyi və mitinqlər keçirdiyi bir vaxtda Timoşuk susmaqda və Sankt-Peterburq klubunda işləməkdə davam edib. Düşünülüb ki, Timoşuk bunu şüurlu şəkildə etməklə Ukrayna futbolunun imicinə xələl gətirib.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR