Ukrayna müdafiə nazirinin müavinləri istefa verib

Ukrayna müdafiə nazirinin müavinləri istefa verib
DÜNYA
18:52 06.09.2023
240
Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.

Bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib.
 
///report
OXŞAR XƏBƏRLƏR