Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb
DÜNYA
09:02 20.04.2022
401
Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.

Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.

O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərinə qayıdıb.
OXŞAR XƏBƏRLƏR