Ukrayna ordusu Rusiyanı dronla vurub

Ukrayna ordusu Rusiyanı dronla vurub
DÜNYA
18:49 24.12.2025
89
Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən kauçuk zavoduna, Krımda pilotsuz katerlərin saxlanma yerlərinə, Luqansk vilayətində sursat anbarına, hava hücumundan müdafiə obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı "Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbəyə məruz qalmış Yefremov sintetik kauçuk zavodunun məhsulları plastik partlayıcı maddələr və bərk raket yanacağı istehsalında istifadə olunur. Zərbə nəticəsində zavodda güclü yanğın başlayıb.

Səhər saatlarında Rusiyanın Saratov şəhəri yaxınlığında yerləşən neftayırma zavodunun da dron hücumuna məruz qaldığı haqda məlumat yayılıb. Zərbə nəticəsində zavod ərazisində güclü yanğının görüntüləri sosial mediada yayımlanıb.
 
apa
OXŞAR XƏBƏRLƏR