Ukrayna Rusiyanın Belqorod şəhərin intensiv raket zərbələri endirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şəhərin qubernatoru Vyaçeslav Qladkov Ukrayna tərəfindən edilən hücumlarda 1 nəfərin öldüyünü açıqlayıb.
Qladkov Telegram kanalında verdiyi açıqlamada Belqorod şəhərinə qarşı intensiv hücumun həyata keçirildiyini bildirib.
Hücum nəticəsində 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını qeyd edən Qldakov yaralıların xəstəxanaya çatdırıldığını və onlara tibbi yardım göstərildiyini söyləyib.
Hücumla bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb.
Açıqlamada deyilir:
"Kiyev administrasiyasının dekabrın 29-da Rusiya Federasiyası ərazisində ünsürlərə qarşı çoxlüləli reaktiv yaylım atəşi sistemi ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ordumuz Belqorod hava hücumundan müdafiə sistemləri ilə 13 raketi məhv edib.
Mikayıl