Ukrayna Rusiyanın "Sergey Kotov" patrul gəmisini vurduğunu açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamada, bu gecə "Qrup 13” xüsusi təyinatlısının Rusiya Qara Dəniz Donanmasının "Sergey Kotov” patrul gəmisinə hücum təşkil etdiyi bildirilib.
Açıqlamada hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi bildirilib və Rusiya gəmisinin ön, sağ və sol tərəflərinin zədələndiyi qeyd edilib.
Açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.
Mikayıl