Ukrayna vətəndaşlarının Gürcüstan ərazisində vizasız qalma müddəti bir ildən iki ilədək uzadılıb.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Bu gündən etibarən qüvvəyə minən qərar 2025-ci ilin fevralın 24-nə qədər Gürcüstana gələn Ukrayna vətəndaşlarına şamil olunur.
Qeyd edək ki, 2023-cü ildə Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız qalma müddəti iki ilədək, 2024-cü ildə üç ilədək uzadılıb, lakin 2025-ci ildə bir ilədək azaldılıb.










































