Ukrayna milisi noyabrın 18-də Milli Rabitə Akademiyasının tələbəsi olan Azərbaycan vətəndaşını saxlayıb.
Tələbə Odessanın Dvoryanski küçəsində adam öldürməkdə şübhəli bilinir.AZXEBER.COM “Ukranews”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.Milisin məlumatına görə, Odessaya işləməyə gələn 26 yaşlı Çernovitski vilayəti sakininin meyitini yoldan keçənlər noyabrın 18-də səhər saatlarında Dvoryanski və Novoselski küçələrinin kəsişdiyi yerdən tapıblar.“Təcili yardım” həkimi milisə zəng edərək ölən oğlanın döş qəfəsində bıçaq yarasının olduğu barədə məlumat verib. Qətldə şübhəli bilinən şəxsi isti izlərlə yaxalamaq mümkün olub.İstintaq müəyyən edib ki, təqribən saat 5:00 radələrində iki oğlan Novoselski küçəsi ilə tələbə yataqxanası yaxınlığından keçirmiş. Onlardan birinə zəng gəlib, lakin telefon pis işlədiyindən telefon sahibi hündürdən söyüş söyüb.Yaxınlıqda isə Tələbə gününə həsr olunmuş gecədən gələn tələbələr dayanıblarmış. Oğlanlardan biri söyüşü özünə götürüb, dava düşüb. Və nəticədə tələbə rəqibinə bıçaq zərbəsi endirib, nəticədə zərərçəkən keçinib.Bir neçə saatdan sonra hüquq-mühafizə orqanları müəyyən ediblər ki, hücum edən 20 yaşlı xarici vətəndaş olub.Şübhəli şəxs saxlanılıb. Onun üzərindən bıçaq götürülüb. Tələbə cinayəti törətdiyini etiraf edib. O, hazırda həbsdədir.Faktla bağlı cinayət işi qaldırılıb.İndi həmyerlimizi 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.