Rusiyanın Belqorod şəhərində baş verən hücumda bir nəfər ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorod şəhərinə edilən hücumlarda 1 nəfərin öldüyünü bildirib.
Qladkov "Telegram” kanalında verdiyi açıqlamada Belqorod şəhərinə qarşı intensiv hücumun həyata keçirildiyini bildirib.
Hücum nəticəsində 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını qeyd edən Qldakov yaralıların xəstəxanaya çatdırıldığını və onlara tibbi yardım göstərildiyini bildirib.
Ayşən