Ukraynanın NATO üzvlüyünə qarşı çıxan ölkələr: Rütte adlar çəkdi

Ukraynanın NATO üzvlüyünə qarşı çıxan ölkələr: Rütte adlar çəkdi
DÜNYA
23:56 18.12.2025
135
"ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəklər. Kiyevin yaxın perspektivdə alyansa dəvət almaq şansı yoxdur".

Bu barədə NATO-nun baş katibi Mark Rütte Varşavada jurnalistlərə bildirib.

Onun sözlərinə görə, blok üzvləri arasında yekdilliyin olmaması rəsmi qəbul prosesinə başlamağı qeyri-mümkün edir:

"Ukraynanın üzvlüyü məsələsi həm fundamental, həm də praktikdir. Əsas element ondan ibarətdir ki, avroatlantik regionundakı istənilən ölkənin NATO-ya qoşulmaq niyyəti ola bilər. Praktik məsələ ondan ibarətdir ki, alyansın bir neçə üzvü razılığını bildirməyəcək, bu da Ukraynanın NATO-ya qoşulması ilə bağlı yekdil razılaşma olmamasına səbəb olacaq".

/Oxu.az
OXŞAR XƏBƏRLƏR