Ulu öndər Heydər Əliyev gənc jurnalisti Süleyman Dəmirəlin ad gününə necə dəvət etdi? - VİDEO

Ulu öndər Heydər Əliyev gənc jurnalisti Süleyman Dəmirəlin ad gününə necə dəvət etdi? - VİDEO
SİYASƏT
21:03 10.10.2025
862
"Mən gənc yaşlarımda mərhum Ulu öndər Heydər Əliyevlə tanış olmaq imkanı qazanmışdım. Sizin mübarizənizin hansı nöqtədən indiki səviyyəyə gəldiyini bildiyim üçün azərbaycanlı tələbələrimizə xüsusi qayğı göstərirəm”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Antalya Belek Universitetinin Qəyyumlar Şurasının sədri, iş adamı, keçmiş jurnalist Əkrəm Çalkılıç "ATV”də yayımlanan "Xəbərin olsun” verilişində səsləndirib.
 
"Azərbaycanlı tələblər bizim üçün çox fərqlidir. Dostlarımıza da hər zaman deyirəm ki, azərbaycanlı şəhid və qazi övladlarına ödənişsiz təhsil verməliyik. Bu ölkənin varlığı, birliyi və inkişafına dəstək verən bütün uşaqlar bizim qonağımızdır. Onlardan ödəniş almırıq”, - deyə iş adamı qeyd edib.

Əkrəm Çalkılıç Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən də söz açıb:

"İllər əvvəl – gəncliyimdə televiziyada jurnalist olaraq çalışırdım. Mərhum prezidentimiz Süleyman Dəmirəlin təyyarəsi Türkiyədə bir Hava Limanına enməli idi. Biz də onu qarşılamaq üçün gözləyirdik. Oradakı zabitlərdən birinə yaxınlaşıb dedim ki, "bu gün Prezidentimizin ad günüdür. Ona tort təqdim etmək istəyirəm”. O isə dedi ki, "Mən görməmiş kimi davranacam, sən təqdim edərsən”. 

Prezident təyyarədən enəndə qarşısına çıxıb, "ad gününüz mübarək dedim”. O isə "burada uyğun olarmı heç?!” deyib bir qədər əsəbiləşdi. Yanındakı qonaq isə "Sənin ad gününü təbrik edir, bu çox gözəldir” deyə Prezidentə bildirdi və məni içəri dəvət etdi. Həmin qonaq Heydər Əliyev idi. O, mənə - gənc bir oğlana dərhal sahib çıxdı və birlikdə içəri daxil olduq. Həmin gün Süleyman Dəmirel, Heydər Əliyev və mənimlə birlikdə ad gününü qeyd etdi. 

Heydər Əliyevin atalıq qayğısını orada hiss etdim. Jurnalist kimi dəfələrlə səfərlər zamanı Heydər Əliyevi görmək fürsətim olub. O mənimlə sanki həmyaşıdım kimi söhbət edirdi”.

Əkrəm Çalkılıç Azərbaycanın sürətli inkişafından da söz açıb.
 
Daha ətraflı videoda:


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"