Xalq şairi Zəlimxan Yaqub bəstəkar Sevinc Tofiqqızına xeyir-dua verib. Səbəb isə bəstəkarın xalq şairinin “Məkkədə” şeirinə bəstələdiyi musiqi olub.
AZXEBER.COM-a açıqlamasında Z. Yaqub Sevinc Tofiqqızının onun “Məkkədə” şeirinə bəstələdiyi musiqisindən söz açaraq bunları deyib: “ Mən eşidəndə ki, Sevinc xanım mənim “Məkkədə” şeirimə musiqi bəstələyib və bu mahnı insanlar tərəfindən sevilib çox şad oldum. Mahnını dinləyəndə kövrəldim. “Məkkədə” şeirinin maraqlı bir tarixçəsi var. İllər öncə Ulu Öndər Həydər Əliyev mənə dedi ki, “Zəlimxan bir çox şairlərə demişəm səndə deyirəm dini mövzularda şeirlər yazıb –yaradın. Bu xalqımız və bizim üçün çox önəmlidir”. Məndə o zaman “Məkkədə” şeirini yazmışdım. Dedim cənab prizdent artıq yazmışam və “Məkkədə” şeirini onun üçün söylədim çox bəyəndi. Məhz, Sevinc xanımın təsadüfən bizim Ulu Öndərimiz Heydər Əliyevin çox bəyəndiyi şeiri seçib musiqi yazması məni çox sevindirdi və kövrəltdi. Mən ona öz təşəkkürlərimi bildirirəm. İnanıram ki, bundan sonra, Sevinc xanım mənim başqa şeirlərimdə musiqiləri ilə həyat verəcəkdir”.
Məlumat üçün bildirək ki, Sevinc Tofiqqızı “Məkkədə” mahnısını İbrahim Tatlısəs üçün bəstələyib. Amma məlum olduğu kimi, Tatlısəsin səhhətində problem olduğundan mahnını azərbaycanlı ifaçı Ülvi Xələfov oxuyub. “Məkkədə” mahnısı İbrahim Tatlısəs sağalan kimi, oxuycağını da bildirib.
S.Tofiqqızı “Məkkədə” mahnısına klip də çəkdirib. Klip çəkilişləri “Təzə Pir” və Hacı Əjdərbəy (Göy Məscid) məscidində baş tutub.
Onu da deyek ki, klipin rejissoru və montajı İntiqam Dadaşov operator Rüstəm Fərman İsmayilov və aranjimanı Osman Həmidova aiddir.
![](/file/pic/xeber/2014-10-21/51368.jpg)
![](/file/pic/xeber/2014-10-21/51373.jpg)
![](/file/pic/xeber/2014-10-21/51375.jpg)
![](/file/pic/xeber/2014-10-21/51378.jpg)
![](/file/pic/xeber/2014-10-21/51381.jpg)
![](/file/pic/xeber/2014-10-21/51384.jpg)