Unibank neft sənayesində çalışanlar üçün xüsusi kampaniya elan edib. Sentyabrın 23-dək davam edən kampaniya çərçivəsində bütün neft sektoru işçiləri nağd kreditləri 0% komissiya ilə rəsmiləşdirə biləcəklər.
Kampaniya müddətində neftçilər "Unibank”dan 50 000 AZN-dək nağd krediti illik 9,5%-dən başlayan faiz dərəcəsi ilə 60 ayadək müddətə əldə edəcəklər.
Unibank bu təşəbbüslə ölkənin strateji sahəsində çalışan əməkdaşlara dəstəyini bir daha nümayiş etdirir. Komissiyasız kredit imkanı neft sektoru işçilərinin planlarını daha sərfəli şərtlərlə reallaşdırmasına şərait yaradacaq.
Krediti banka gəlmədən sifariş etmək imkanı:
Unibank- Sənin Bankın!