“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin tənzimlənməsinə dair 2007-ci ildə sənəd hazırlayıblar: “Ermənistan həmin sənədi qəbul etdi. Lakin Azərbaycan tərəfi bildirdi ki, bu sənəd onları qane etmir. Daha sonra həmsədrlər 2009-cu ildə ikinci sənəd hazırladılar. Bu dəfə Ermənistan sənədi qəbul etmədi”.