11:46 Bazar Günü, 18 Noyabr 2018
SAĞLAMLIQ

Uşağın beyininin inkişafı üçün hər axşam bunu edin

23:35, 06.11.20185654
Uşağın beyininin inkişafı üçün hər axşam bunu edin
Gecə yuxusundan öncə söylənən sirli-sehirli nağıllar uşaqların hərtərəfli inkişafı üçün ən azı ana qayğısı qədər önəmlidir.

Bu vaxtadək nağılların uşaq orqanizmi üzərində müsbət təsiri elmi cəhətdən tam araşdırılmamışdı.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, son günlərdə "Psychological Science" jurnalında dərc olunan araşdırma tibb dünyası üçün əsl sıçrayış oldu. Belə ki, pediatr, psixoloq və psixoterapvtlərdən ibarət mütəxəssislərin iştirak etdikləri bu araşdırmada nağılların uşaq şüuruna, bütövlükdə vücuduna faydaları sadalandı.

Məlum olub ki, gecələr uşaqların dinlədikləri nağıllar onların yaddaşını gücləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını formalaşdırır. Eləcə də valideynlərlə övladları arasındakı bağları möhkəmləndirir. Bundan əlavə, nağıl dinləyərkən balacaların söz bazası zənginləşir. Belə ki, pedoqoqların bir qrup azyaşlı ilə apardıqları təcrübədən bəlli olub ki, onlar nağıl kitablarındakı bir çox yeni kəliməni valideynlərilə gündəlik ünsiyyət zamanı istifadə etmirlər. Odur ki, hər gecə yatmazdan əvvəl eşitdiyi bu sözlər yaddaşlarına hopur və söz ehtiyatları genişlənir.

Amerikalı alimlər həmçinin iddia edirlər ki, hər gecə nağıl dinləyən 3-5 yaşlı uşaqların sol beyin yarımkürəsi daha fəal inkişaf edir. Tibbdən də məlum olduğu kimi, sol beyin yarımkürəsi, nitq, təsəvvür, qavrayış kimi xüsusiyyətləri formalaşdırır və onun sürətli inkişafı birbaşa bu faktorlara müsbət təsir göstərir. Nağıllar həmçinin övladlarımızın əsəblərini sakitləşdirir, sinir sisteminə müsbət təsir göstərir. Valideynlərilə ünsiyyət isə birbaşa təhlükəsizlik hissini daddırır, cəsarətlərini gücləndirir.

Odur ki, zamanımızı başqalarının həyatına müdaxilə etməyə deyil, daha faydalı məşğuliyyətlərə həsr edək.
XƏBƏR LENTİ