04:43 şənbə, 17 Noyabr 2018
DÜNYA

Uşağın özündən olduğunu zənn edib sevgilisini öldürdü: atası başqası çıxdı

10:45, 07.07.20186043
Uşağın özündən olduğunu zənn edib sevgilisini öldürdü: atası başqası çıxdı
Kayseridə 24 yaşlı gənc özündən olduğunu zənn etdiyi uşağı abort etdirməsi üçün mübahisə etdiyi 17 yaşlı sevgilisini başından vuraraq öldürüb. 

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, gənc həbs edilib, amma uşağın atasının başqası olduğu ortaya çıxıb. 

Qeyd edək ki, hadisə 2014-cü ilin 14 may tarixində baş verib. 

Mərhumun ailəsinin şübhəlinin cəzasının artırılması üçün şikayətindən sonra yenidən məhkəmə prosesi işinə başlayıb.

İddiaya görə, 17 yaşlı T.G. adlı qız şübhəli M.G.(24) ilə 4-5 ay dostluq edib. Cinayət tarixində M.G.-ya zəng edən T.G. hamilə olduğunu söyləyib, şəhər mərkəzindəki parkda görüşdülər. T.G. hamilə olduğunu söyləyəndə M.G. uşağı abort etdirməsini istəyib. Aralarında mübahisə düşəndə M.G. üzərindəki silahdan iki dəfə atəş açıb. Xəstəxanaya çatdırılan T.G. dünyasını dəyişib. 

Prosesdə şübhəlidən və mərhumdan götürülən analizlər nəticəsində gənc qızın bətnindəki uşağın qatilə aid olmadığının təsdiqini tapıldığı açıqlanıb.

Şikayətçi ailə də qızlarının qatilinin ən ağır şəkildə cəzalandırılmasını istəyib. Məhkəmə M.G.-nın cəza müddətini daha 3 il 3 ay artırıb.
XƏBƏR LENTİ