Uşağını başqa kişinin adına keçirmək istəyən arvadını öldürən ər - Cinayət Tarixi

KRİMİNAL
17:22 26.11.2013
2199

Şabran rayon sakini Nahid İslamov həmyerlisi Dinarəni görəndə ilk baxışdan ona aşiq olub.

Nahid ailəsinə Dinarə ilə evlənmək istədiyini bildirəndə anası buna etiraz edib.

Valideynlərindən xeyir-dua ala bilməyəcəyini başa düşən Nahid Dinarəni qaçırıb.Yeni evlilər Nahidin anası ilə yaşamağa başlayıblar.Bir müddət sonra gəlinlə qayınana arasında münasibətlər korlanıb. Arvadı ilə anasının yola getmədiyini görən Nahid qayınanasının evinə köçüb.Sonra Nahid işləmək üçün Rusiyaya gedib. Nahidin yanına arabir qardaşı Mitxun da gəlib.Bir gün Mitxun Nahidə arvadı barədə kənddə xoşagəlməz sözlərin gəzdiyini bildirib. O deyib ki, arvadı kənddə Rameş ləqəbi ilə tanınan Məhəbbət adlı şəxslə gəzir. Qardaşının bu sözlərindən sonra Nahid həyat yoldaşı ilə telefonla danışıb. Danışıqdan sonra Nahid əşyalarını toplayaraq Şabrana gəlir.Evdə Nahid arvadından ona xəyanət etməsini soruşanda Dinarə bunun yalan olduğunu bildirib. Bu səbəbdən ərlə arvad arasında azyaşlı uşaqlarının gözü qarşısında hər gün mübahisələri baş verib.Növbəti mübahisələrin birindən sonra əsəblərini cilovlaya bilməyən ər əlini bıçağa atıb. Arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən Nahid onun öldüyünə əmin olandan sonra rayon polis şöbəsinə gedərək təslim olub.Könüllü təslim olan Nahid İslamov rayon prokurorluğuna təhvil verilib.İstintaq onun əməlini Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə qiymətləndirərək cinayət işini məhkəməyə göndərib.Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.Nahid İslamov hakimlərə deyib ki, “arvadını çox sevib. Ona görə, anasından da incikli olub. Çörək pulu qazanmaq üçün Rusiyaya gedib. Bir müddət sonra yanına gələn qardaşım arvadımın mənə Rameşlə xəyanət etdiyini bildirib.Bundan sonra Dinarəyə zəng edib məsələyə aydınlıq gətirməsini tələb etdim.O, da mənə Rameşi sevdiyini və uşaqlarımı da onun adına keçirəcəyini dedi.Mən Şabrana gələndən sonra da o dediyi sözlərini təkrar etdiyindən özümdə olmayıb onu qətlə yetirdim”. Təqsirləndirilən şəxsdən sonra məhkəmə zərərçəkən şəxs qismində tanınan Dinarənin anasının ifadəsini dinləyib.Maya Hacıyeva qızının onunla yaşadığını və heç bir şəxslə yaxın əlaqəsinin olmadığını bildirib. Qayınana bildirib ki, kürəkəni sərxoşluqla məşğul olub qızı da buna etiraz edib. Ona görə də onu öldürüb.Məhkəmə Rameş kimi tanınan Məhəbbəti də taparaq ifadəsini alıb. Məhəbbət onun adının bu işdə hallanmasından təəccübləndiyini söyləyib. O, Dinarə ilə heç tanış olmadığını deyib.Mitxun isə məhkəmədə gəlinləri haqqında pis şayiələr gəzdiyini təsdiqləyib.Lakin o bunlara inanmadığından qardaşına da heç nə demədiyini bildirib.Məhkəmə Nahid İslamovu qəsdən adam öldürmədə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb